1 / 1

Şəhər
Bakı
Fəaliyyət sahəsi
Dizaynİxtisas
DigərŞirkət növü
Birbaşa işəgötürənİş qrafiki
Tamİş təcrübəsi
5 ildən artıqTəhsil
Aliİş yerinin ünvanı
Dərnəgül m.
Baş dizayner Ardeco by Gamarlinsky interyer və eksteryer dizayn sahəsində fəaliyyət göstərən, innovativ yanaşması və yüksək keyfiyyətli layihələri ilə seçilən bir dizayn və tikinti şirkətidir. Hazırda komandamıza həm yaradıcılığı, həm də idarəetmə bacarığı güclü olan Baş Dizayner axtarırıq. Bu vəzifə yalnız dizayn hazırlamaqla məhdudlaşmır. Baş dizayner həm layihələr üzərində aktiv işləməli, həm də dizayner və memarlardan ibarət komandanın işini düzgün yönləndirməli, tapşırıqları bölüşdürməli, işlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsini təmin etməlidir. Vəzifə öhdəlikləri: • 3ds Max, Corona Renderer, AutoCAD və digər dizayn proqramlarında sərbəst işləmək • Keyfiyyətli və fotorealistik vizualizasiyalar hazırlamaq • İnteryer və eksteryer layihələrinin konseptual və texniki işlənməsində iştirak etmək • İşçilik layihələrinin hazırlanmasına nəzarət etmək • Dizayner və memarlardan ibarət komandanı idarə etmək • İş bölgüsü aparmaq, tapşırıqları düzgün yönləndirmək və icrasına nəzarət etmək • Layihələr üzrə iş qrafiki və deadline-lar təyin etmək • Komandanın iş prosesini koordinasiya etmək və layihələrin vaxtında təhvil verilməsini təmin etmək • Rəhbərliklə və komanda üzvləri ilə sıx əməkdaşlıq şəraitində işləmək Namizədə tələblər: • Memarlıq və dizayn sahəsində təhsil və ya ciddi iş təcrübəsi • 3ds Max, Corona, AutoCAD və oxşar proqramlarda sərbəst işləmə bacarığı • Güclü dizayn zövqü və fotorealistik vizualizasiya bacarığı • Layihə idarəetməsi və komanda yönləndirməsi bacarığı • İş bölgüsü, vaxt planlaması və proses nəzarəti bacarığı • Ölçülərlə işləmə və texniki detallara yüksək diqqət • Məsuliyyətli, punktual, tələbkar və idarəetmədə balanslı olmaq • Yalnız xanımlar üçün uyğundur Şərtlər: • İş yeri: Bakı, Ziya Bünyadov prospekti • İş qrafiki: 09:00 – 18:00 (bazar günü istirahət) • Maaş: Müsahibə əsasında müəyyən olunacaq Müraciət: Özünə güvənən və uyğun namizədlər CV və portfoliolarını WhatsApp vasitəsilə göndərə bilərlər. Xahiş olunur yalnız xanımlar müraciət etsin, bəylər narahat etməsin.
№ 47322835
Baxış sayı: 5
Elvin
(070) 808-88-●●