CRM mütəxəssisi tələb olunur

Şəhər

Bakı

Fəaliyyət sahəsi

Marketinq, reklam, PR

İxtisas

Digər

İş qrafiki

Tam

İş təcrübəsi

1 ildən 3 ilə qədər

Təhsil

Ali

İş yerinin ünvanı

Abşerin Ticarət Mərkəzi

İşin Təsviri Vəzifə öhdəlikləri: • Müştəri bazasının idarə olunması və CRM sistemində gündəlik işlərin aparılması • Müştəri ilə güclü və uzunmüddətli əlaqələrin qurulması • Satış və marketinq komandası ilə sıx əməkdaşlıq • Yeni layihələrin yaradılması və icrası • Müştəri şikayət və sorğularının effektiv həlli • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi • Müştəri səyahətinin təhlili əsasında avtomatlaşdırılmış təşviqedici kampaniyalar hazırlamaq və işə salmaq, əsas məqamları müəyyənləşdirmək və lazımi anda düzgün mesajı çatdırmaq; • Çoxsaylı formatlar (push, SMS, email, pop-up) üçün Azərbaycan və rus dillərində cəlbedici məzmun yazmaq, vizual və şablonların hazırlanması üçün dizaynerlərlə koordinasiya etmək; • Kampaniyaların nəticələrinin təhlili, növbəti kampaniyalar üçün analiz və hesabatlarının hazırlanması; • Müştəri məlumatları və alış davranışları analizi əsasında müştərilərə özəl təkliflərin hazırlanması; • Kampaniyalara əsasən mövcud müştəri məlumatlarının yığılması və telemarketinq əməkdaşlarına yönəldilməsi; • Müştəri məmnuniyyəti, satış və digər mühüm göstəricilər üzrə hesabatlar hazırlamaq; • Şirkət üzrə RFM analizinin aparılması; Tələblər: • CRM və müştəri əlaqələri sahəsində ən azı 2-3 il iş təcrübəsi • Müştəri yönümlü yanaşma və yüksək ünsiyyət bacarığı • Komanda ilə işləmə bacarığı • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür); • Operativ və düzgün qərarvermə bacarığı; • Analitik düşüncə və hesabatvermə qabiliyyəti • Dil bilikləri (Azərbaycan dili mütləq, rus və ingilis dili üstünlükdür) Şərtlər: • Maaş: 700 – 1000 AZN (təcrübəyə uyğun) • İş qrafiki: 6 gün, 08:00 – 17:00 • İş yeri: Bakı, Abşeron Ticarət Mərkəzi Maraqlanan namizədlər cv-lərini info@sokany.az qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

47337155

Baxış sayı: 3